Almaniyadan deportasiya edildikdən sonra həbs olunan fəal apellyasiya şikayəti verib

Almaniyadan deportasiya edildikdən sonra həbs olunan fəal apellyasiya şikayəti verib
12 Avqust 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü,  Almaniyadan deportasiya edildikdən sonra narkotik maddələrə  görə 6 il müddətinə mühakimə olunan Pünhan Kərimli apellyasiya şikayəti verib.

Fəalın atası Vahid Kərimov Turan-a bildirib ki, şikayətə sentyabrda baxılacaq. O hesab edir ki, oğlu siyasi motivlərlə təqib olunur. “Oğlum heç ifadə verməyib. Onu işgəncə altında hansısa mətni imzalamağa məcbur ediblər”, - ata deyib və əlavə edib ki, narkotik maddəni polis əməkdaşları özləri qoyublar.

*Pünhan Kərimli Almaniyadan readmissiyadan bir ay yarım sonra, bu ilin yanvarında həbs edilib. O əmindir ki, Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarında iştiraka görə təqib edilir.

İyulun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Pünhan Kərimlini 6 il müddətinə azadlıqdan məhrum edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun