Abid Qafarovun vəsatəti təmin edilməyib

Abid Qafarovun vəsatəti təmin edilməyib
22 Avqust 2022
Mətni dəyiş

"Bakı Birlik Təşkilatı" İctimai Birliyinin sədri, “Youtube”dakı “Kim TV” kanalının aparıcısı Abid Qafarovun Apellyasiya Məhkəməsi 30 avqusta təyin edilib. 

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, Abid Qafarovun həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər, amma məhkəmə vəsatəti təmin etməyib.

"Müdafiə hüququnun pozulması və əməldə cinayət tərkibində olması ilə bağlı cinayət işinə xitam verilməsini tələb etsək də, məhkəmə bu vəsatətlərimizə də neqativ cavab verdi, məhkəmə baxışını 30 avqusta təyin etdi. Qarşı tərəfdən isə heç kəs məhkəməyə gəlmədi”, - deyə vəkil bildirib. 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Abid Qafarov iyulun 13-də 1 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.

Abid Qafarov bir qrup Qarabağ qazisi tərəfindən məhkəməyə verilmişdi. 

Onların iddiasına görə, Abid Qafarov mayın 27-də Yasamal Rayon Məhkəməsinin qarşısında çıxış edərkən qaziləri “müti” adlandırmaqla onları təhqir edib.

Toplum TV

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun