Ursula Fon der Lyayen: “Biz Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk”

Ursula Fon der Lyayen: “Biz Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk” Foto: president.az
18 İyul 2022
Mətni dəyiş

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıda keçirilən görüşdən sonra mətbuat önündə çıxış ediblər.

Azərbaycan prezidenti çıxışında bildirib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) enerji sahəsində fəal əməkdaşlıq edir.

Prezidentin sözlərinə görə, Azərbaycan artıq bərpa olunan enerji mənbələrinə - külək və günəş enerjisinə investisiya yatırmağa başlayıb.

““Aİ də Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində malik olduğu böyük potensialı qiymətləndirib. Biz artıq külək və günəş enerjisinə investisiya yatırmağa başlamışıq. İmkanlarımızın ilkin qiymətləndirməsini həyata keçirmişik. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş rayonlarında külək və günəş enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 giqavatdır. Bizim resurs bazamız həqiqətən də böyükdür”, - dövlət başçısı deyib”, - deyə Əliyev bildirib.

Ursula Fon der Lyayen çıxışında bildirib ki, Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və firavanlığın olmasına sadiqdir.

“Biz Azərbaycanda minatəmizləmə işləri üzrə aparıcı donoruq və bu mühüm məsələni də müzakirə etdik. Bu məqsədlə 4,25 milyon avroluq yeni maliyyə paketi ayırmışıq və həmçinin bu mühüm əhəmiyyət kəsb edən sahədə avadanlıqlarımızı, bacarıqlarımızı təklif etməyə hazırıq”, - o vurğulayıb.

O, bildirib ki, Azərbaycanla birlikdə fəaliyyət davam edəcək.

“Bu gün biz bu sahədə yeni tərəfdaşlığın əsasını qoyuruq və bütün qaz təchizatı zənciri boyunca metan emissiyalarını azaltmağı öhdəmizə götürürük”, - Avropa Komissiyasının rəhbəri vurğulayıb.

Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.

Qeyd olunub ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun