Quru sərhədlərin açılması tələbi ilə aksiya keçirildi, saxlanılanların olduğu deyilir

Quru sərhədlərin açılması tələbi ilə aksiya keçirildi, saxlanılanların olduğu deyilir
20 İyul 2022
Mətni dəyiş

Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu vəd etdiyi kimi iyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında "Quru sərhədləri açın!" tələbi ilə etiraz aksiyası keçirməyə cəhd edib. Əraziyə toplaşmış DİN-in Çevik Polis Alayı fəalın və digər aksiya iştirakçılarının hökumət binasına yaxınlaşmasına imkan verməyib, onlar avtomobilə otuzdurularaq naməlum istiqamətə aparılıb.

Saxlanılanlar arasında ictimai fəal Elmir Abbasov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin də olduğu bildirilir.

DİN-in mətbuat xidmətinin bölmə rəisi, baş leytenant Zeyni Hüseynov heç kimin saxlanılmadığını, sadəcə ərazidən uzaqlaşdırıldığını açıqlayıb.

Yaxınları hazırda Seymur Həzidən xəbər ala bilmirlər.

Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Tofiq Yaqublunun etiraz aksiyası barədə xəbərdarlıq məktubuna rədd cavabı verərək pandemiya səbəbindən piket keçirməyi deyil, müvafiq quruma müraciət etməyi məsləhət bilmişdi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhəbri Ehsan Zahidov isə aksiyanın keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti orqanı tərəfindən məqsədəuyğun hesab edilmədiyi təqdirdə, qanunsuz hesab olunacağı və cəhdin qarşısının polis tərəfindən alınacağını demişdi.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun