Səfər Mehdiyev vəzifəsindən azad edildi

Səfər Mehdiyev vəzifəsindən azad edildi
16 İyul 2022
Mətni dəyiş

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Son günlər DTX tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlar keçirilib. Bu əməliyyatlarda 2-si general olmaqla bir qrup vəzifəli şəxs həbs olunub. Onlara qarşı vəzifə cinayətləri ittihamı irəli sürülüb. 

Səfər Məmməd oğlu Mehdiyev 23 aprel 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədri idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun