Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko “İnterfaks”a müsahibəsində bildirib ki, Rusiya Ukraynanın Krımın statusunu və özünü müstəqil elan edən DXR və LXR-i tanımaqda israr edəcək.
"Rusiyanın yanaşması dəyişməz olaraq qalır - gələcək saziş Ukraynanın neytral, bloksuz və qeyri-nüvə statusunu, mövcud ərazi reallıqlarının, o cümlədən Krımın, eləcə də Donetsk və Luqansk Xalq Respublikalarının hazırkı statusunun tanınmasını müəyyən etməlidir".
Rudenko bildirib ki, Rusiya Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır. "Ukrayna danışıqlar masasına qayıtmaq istəyini ifadə edərsə, biz müsbət cavab verməyə hazırıq", - nazir müavini deyib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya Ukraynanın Rusiya tərəfinin təkliflərinə dəqiq cavab verməsini israr edəcək və hər şeyi daim dəyişən vəziyyətlə ölçəcək.
Rusiya və Ukrayna nümayəndə heyətləri sonuncu dəfə martın sonunda İstanbulda üzbəüz danışıqlar aparıblar. Görüşdən sonra hər iki tərəf danışıqlarda müəyyən irəliləyiş əldə etdiklərini bildiriblər. Bundan sonra danışıqlar aparan tərəflər videobağlantı vasitəsilə əlaqə saxlayıblar. May ayında nümayəndə heyətlərinin nümayəndələri danışıqların dayandırıldığını bildirmişdilər. Hər iki tərəf bir-birini prosesi pozmaqda ittiham edib.
İyun ayında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamia sülh danışıqlarının avqustun sonunda bərpa oluna biləcəyini və ondan əvvəl "bəzi yerlərdə əks-hücum əməliyyatı keçirəcəyik" demişdi. Kreml Araxamiyanın sözlərini “aparılan danışıqların Ukrayna sayağı bəlağətli nümayişi” adlandırıb.