Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıya gəlib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıya gəlib
20 İyul 2022
Mətni dəyiş

 Çərşənbə axşamı günün ikinci yarısında Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya gəlib.

O, prezident İlham Əliyev, eləcə də Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanov ilə görüşüb.

Rusiyanın Azərbaycandakı səfirliyi məlumatı KİV-ə təsdiqləyib.

Azərbaycan Prezident Administrasiyası və rəsmi KİV-i hələlik bu barədə məlumat vermirlər.

Ötən gün Narışkin Yerevanda olub və Ermənistan rəhbərliyilə bir sıra görüşlər keçirib. Brifinqdə o bildirib ki, Rusiya Ermənistana öz xarici kəşfiyyat xidmətini yaratmağa kömək edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun