Rusiya Ukraynaya müdaxiləsinin fonunda yaranan iqtisadi-siyasi gərginliklərin davamı olaraq “Şimal axını”nı müvəqqəti dayandırıb.
Bu barədə məlumatı TASS yayıb. Məlumatda qeyd olunur ki, qaz kəməri planlı baxışla əlaqədar dayandırılacaq.
Rusiya tərəfi bildirib ki, qaz kəməri texniki baxış üçün hər il bir dəfə dayandırılır və bu bütün istiqamətlərdə qaz hasilatına təsir edir. Ancaq Qərbdə düşünürlər ki, bu Ukraynaya təcavüzü fonunda Rusiyanın şantaj alətinə çevrilib.
Bundan əvvəl iyunun ortalarında Rusiyanın qaz inhisarçısı “Qazprom” “Şimal axını-1” boru kəməri ilə Almaniyaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb və bunu Almaniyanın “Siemens” konserni tərəfindən idarə olunan avadanlıqların təmirinin gecikməsi ilə izah edib.