Moldova hökuməti Rusiya hərbçilərini hədəf alan məhdudlaşdırımalarla bağlı qərar qəbul edib.
Bu barədə məlumatı Moldovanın Xarici İşlər Nazirliyinin sözçüsü Daniel Vode bildirib.
XİN sözçüsü qeyd edib ki, Dnestryanı bölgədə yerləşdirilən Rusiyanın “əməliyyat qrupu”ndan olan hərbçilərini ölkə ərazisinə daxil olmasını qadağan edib.
Onun sözlərinə görə, Moldova hökumətinin əsas tələbi Rusiya qoşunlarının ölkə ərazisini tərk etməsidir.
"Bu kontekstdə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Moldova hakimiyyətinin Rusiya qoşunlarının və sursat anbarlarının ölkəmizdən qeyd-şərtsiz çıxarılması prosesinin qeyd-şərtsiz bərpa olunmasının zəruriliyi ilə bağlı mövqeyini təkrarlayır”, Daniel Vode qeyd edib.