Ukrayna bu yaxınlarda sayı 1 milyon adamdan artıq silahlı qüvvələr formalaşdırmaq niyyətindədir. Qərb bu qüvvələri Rusiyanın işğal etdiyi cənub ərazilərini qaytarmaq üçün silahıla təchiz edəcək. Bu barədə “The Times”ə ölkənin müdafiə naziri Aleksey Reznikov söyləyib. Onun dediyinə görə, ukraynalı hərbçilərə işğal olunmuş sahilyanı rayonları qaytarmağı Ukraynanın Prezidenti Volodimir Zelenski əmr edib. Reznikov qeyd edib ki, söhbət ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan rayonlardan gedir. “Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi nöqteyi-nəzərdən mühümdür. Prezident ali hərbi rəhbərliyə planlar işləyib-hazırlamağı əmr edib”, – Reznikov deyib.
Onun dediyinə görə, hazırda Ukrayna hərbi qüvvələrini sayı 700 000 adamdır. “Ümumilikdə hərbi əməliyyatlarda iştiraka Ukraynanın Milli Qvardiyası, polisi və sərhədçiləri ilə birgə 1 milyona yaxın adam cəlb oluna bilər”,- nazir əlavə edib. O, həmçinin Qərb ölkələrini UHQ-nə silah tədarükünü çoxaltmağa çağırıb.
Hazırda praktiki olaraq Xerson və Luqansk vilayətləri tamamilə, üstəlik Zaporojsk, Xarkov və Donetsk respublikalarının çox hissəsi rusiyalı hərbçilərin nəzarəti altındadır. Xersonşin və Zaporojyedə cəbhə xətti Qulyaypole-Vasilyevka-Arxangelskoye-Snegirovka qövsü üzrə keçir. Beləliklə, RF SQ-i Odessa vilayəti sərhədinədək Qara dənizin bütün sahilinə nəzarət edir.
Ukrayna hökumətinin Baş nazirinin müavini İrina Vereşuk Xerson vilayətinin sakinlərinə müraciət edərək, onları Rusiya tərəfinin yaratdığı çıxış imkanından imtina etməməyə və hazırlanan əks-hücum səbəbilə evlərini tərk etməyə çağırıb,- “Reuters” xəbər verir.
Baş nazirin müavini qeyd edib ki, Krımı keçərək gəlmək qanun pozuntusu sayılmayacaq. Onun dediyinə görə, “əks-hücum mütləq olacaq” və cənub əraziləri ilə bağlı qərarlar çox tezliklə veriləcək.
“Aydındır ki, döyüşlər, artilleriya atəşləri olacaq… odur ki, biz təcili təxliyəyə çağırırıq… Mən dəqiq bilirəm ki, orada qadınlar və uşaqlar olmamalıdır və onlar canlı sipərə çevrilməməlidirlər”, – Vereşuk deyib.
Baş nazirin müavini, bununla belə, planlaşdırılmış əks-hücumun dəqiq tarixi barədə məlumat verməyib.
Zelenskinin cənub ərazilərin qaytarılması barədə əmrinə artıq Rusiyanın Dövlət Dumasından şərh ediblər. Krımdan olan deputat Mixail Şeremet “RİA Novosti” ilə söhbətində onu “aqoniya” adlandırıb və söyləyib ki, Ukrayna prezidenti və “onun cinayətkar dəstəsi bütün cəbhələrdə uduzur”.
“Ordumuzun azad etdiyi əraziləri tutmaları üçün heç bir şansları yoxdur. Bu cür əmrlər Zelenski rejiminin siyasi aqoniyasıdır və bu aqoniya çox az çəkəcək. Bu yalançı bəyanatların gerçəklə heç bir əlaqəsi yoxdur, belə ki, onların nə qüvvələri, nə imkanları, nə vasitələri, nə də döyüş ruhu qalmayıb”, – deputat deyib.
Deputatın fikrincə, Qərbdən silah tədarükü vəziyyəti dəyişdirə və Rusiyanın “xüsusi əməliyyat” keçirərək məqsədinə çatmasına mane ola bilməz.
“Ukraynanın cənubundakı “azad olunmuş bölgələrin” Rusiyaya birləşdirilməsi əvvəldən bəllidir, Kiyev hakimiyyətinin buna əngəl törətmək cəhdləri isə iflasa məhkumdur”, – “RİA Novosti” və Krımın informasiya siyasəti üzrə rəhbərinin müşaviri Oleq Kryuçkov bəyan edib.
“Kiyev rejimi azad olunmuş ərazilərin əhalisinə qarşı terror və blokada siyasətinə başlayıb. Kiyevin rəsmi spikerləri əks-hücumla qorxudur və hamını çıxıb getməyə çağırır, çünki başa düşürlər ki, Zaporojsk və Xerson vilayətlərində referendum qaçılmazdır və mütləq keçiriləcək. Bu tarixi rus torpaqlarının Rusiya ilə birləşməsi əvvəlcədən bəllidir və Kiyev rejiminin buna əngəl törətmək cəhdləri iflasa məhkumdur”, – o deyib.
Reznikov bir gün əvvəl USQ-də əhəmiyyətli dərəcədə hərbi itkilərin olması faktını etiraf edib. O, bu barədə “The Woll Street Journal”a müsahibəsində deyib.
“Biz öz bölmələrimizi yenilətməli, onları dəyişdirməli və dəyişikliklər həyata keçirməliyik, çünki böyük itkilərimiz var”, – Ukrayna Müdafiə Nazirliyinin rəhbəri söyləyib.
O həmçinin qeyd edib ki, Ukrayna ordusunun yeni zirehli texnika və silah tədarükünə ehtiyacı var. Onun dediyinə görə, Javelin yaxın mənzilli raket sistemləri və NLAW Kiyev üçün artıq prioritet texnika deyil və indi USQ-nə uzaqvuran artilleriya qurğuları lazımdır.
Meydan TV