Qarabağda Rusiya sülhməramlıları ilə insident olduğu deyilir

Qarabağda Rusiya sülhməramlıları ilə insident olduğu deyilir
21 İyul 2022
Mətni dəyiş

İyulun 20-də  Ağdamda Rusiya hərbiçilərinin avtomobil karvanı saxlanılıb.

Bu barədə məlumatı yerli KİV yaysa da, Turan Agentliyi hərbi mənbələrdən məlumatın təsdiqini alıb.

Bir zirehli maşın və 3 "Ural" avtomobilindən ibarət karvan Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən zaman saxlanılıb. Yoxlama zamanı maşınlardan birinin yük bölməsində beş ədəd Kalaşnikov avtomatı aşkar edilib. Bundan sonra karvan geri göndərilib. Maşınların haradan gəldiyi və başqa nə daşıdığı açıqlanmayıb.

Azərbaycanın Müdafiə Nazirliyi bu hadisə ilə bağlı şərh vermir. Rusiya sülhməramlılarının 19 iyul tarixli xəbər bülletenində deyilir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında pozuntu qeydə alınmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun