Qala divarlarına yazılanların silinməsi üçün xaricdən mütəxəssislər dəvət edilib

Qala divarlarına yazılanların silinməsi üçün xaricdən mütəxəssislər dəvət edilib
22 İyul 2022
Mətni dəyiş

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarlarının təmizlənməsi üçün xaricdən mütəxəssislər dəvət edilib.

Bu barədə indormasiya Daxili İşlər Nazirliyinin qala divarlarının zədələnməsilə bağlı açıqlamasında qeyd olunub. Son günlər sosial şəbəkələrdə qala divarlarının yazılması ilə bağlı məsələyə toxunan DİN qeyd edib ki, bu, yeni hadisə deyil. 

Nazirlik qeyd edib ki, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar.

"Həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir", - Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun