Aİ və ABŞ-ın sanksiyaları altında olan VTB Bankın rəhbəri Andrey Kostinin başqa şəxslər vasitəsilə Avropa və Rusiyada təxminən 130 milyon dollar dəyərində dəbdəbəli daşınmaz əmlakı var. Bu barədə OCCRP araşdırmasında deyilir.
Jurnalistlər müəyyən edib ki, bankirin etibarlı adamı Kanada vətəndaşı Erik Uaytdır, “Pandora arxivi” sayəsində məlum olub ki, o, Britaniyanın Virgin adaları və Kiprdə ofşor şirkətlər şəbəkəsinə sahibdir. Onların tərkibində Kostinin sanksiyalardan yayınaraq sahib ola biləcəyi elit daşınmaz əmlak var.
Uaytun şirkətləri ilə əlaqəli aktivlər arasında jurnalistlər Avstriya Alplarındakı "Tannenhof" hotelinin, Sen-Trope yaxınlığındakı villanın, Paris və Moskvadakı mənzillərin, həmçinin Tver vilayətindəki hotel kompleksinin və Krımda şərab zavodu olan malikanənin adını çəkirlər. Həmçinin, Uayt ilə əlaqəli şirkətlər Burger King və KFC-nin Rusiya franşizalarında paylara sahib olublar.
OCCRP yazır ki, Erik Uaytın özü haqqında çox şey məlum deyil. O, kanadalı kommunist Bert Vaytın oğludur, ilk dəfə 1966-cı ildə SSRİ-yə gəlib və xarici kommunist liderlərinin uşaqları üçün “İnterdom” internat məktəbində təhsil alıb. Məktəbdən sonra Moskva Dövlət Universitetinə daxil olub, sonra Kanadaya qayıdıb və bizneslə məşğul olub.
2015-ci ildə Erik Uayt Kipr vətəndaşlığı alıb və VTB-nin Kiprdəki keçmiş törəmə şirkətinin top meneceri Vladimir Popovun evinin yanında villaya sahib olub.