Nazir: "Quraqlığa görə 100 min hektar ərazidə taxıl əkinləri məhv olub"

Nazir: "Quraqlığa görə 100 min hektar ərazidə taxıl əkinləri məhv olub"
29 İyul 2022
Mətni dəyiş

“Bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub”.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

“Eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir”, - deyə o qeyd edib.

Hazırda ölkədə taxıl biçini davam edir, cari ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb, bunun 600 min hektara yaxınını buğda, 400 min hektara yaxınını isə arpa əkinləri təşkil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun