Naqif Həmzəyev: "Azərbaycan tərəfi anti-terror əməliyyatları həyata keçirə bilər"

Naqif Həmzəyev: "Azərbaycan tərəfi anti-terror əməliyyatları həyata keçirə bilər"
19 İyul 2022
Mətni dəyiş

"Azərbaycan tərəfi anti-terror əməliyyatları həyata keçirə bilər"

Bu sözləri millət vəkili Naqif Həmzəyev Pravda saytına açıqlamasında deyib. 

Həmzəyev bildirib ki, hər şey növbəti ayda Brüsseldə nəzərdə tutulan görüşdən asılıdır. 

"Növbəti ayda Brüsseldə nəzərdə tutulan görüş, həmçinin sərhədlərin tanınması ilə bağlı Komissiyanin görüşlərində bu məsələlərə aydınlıq gətiriləcək. Bizi qane edən real addımlar atılmasa, Azərbaycan tərəfi anti-terror əməliyyatları həyata keçirə bilər. Rus sülhməramlıları da missiyasını yerinə yetirməlidir. Onların mandatlarının artıq başa çatmasına elə çox vaxt qalmayıb, 5 ilin tamamında bütün proseslərin tamamilə yekunlaşmasına nail olmaq istəyirik", - deyə millət vəkili bildirib. 

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan da hərbi əməliyyatların başlaya biləcəyinin anonsunu vermişdi. Azərbaycan tərəfi isə bunu təkzib etmişdi. 

Prezident İlham Əliyev isə bu günlərdə hökumət toplantısında çıxışı zamanı bildirib ki, Ermənistan üçtərəfli müqavilədə nəzərdə tutulan addımları atmır və atmaq fikirləri yoxdursa, açıq desinlər. Prezident bildirib ki, bunu biləndən sonra hansı addımlar atılacaqsa, onu indidən demək tezdir. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun