Müsavatçı fəal 30 gün müddətinə həbs edilib

Müsavatçı fəal 30 gün müddətinə həbs edilib
21 İyul 2022
Mətni dəyiş

Müsavat partiyasının üzvü Əziz Məmiyev həbs edilib. Bu barədə partiyadan məlumat verilib. 

Məlumata görə, Əziz Məmiyev iyulun 20-də quru sərhədlərinin açılması tələbilə Nazirlər Kabinetinin qarşısında keçirilən aksiyada saxlanılıb, daha sonra məlum olub ki, o, polisə müqavimət ittihamı ilə 30 gün müddətinə azadlıqdan məhrum olunub. 

Daxili işlər Nazirliyi məlumat yayaraq bildirib ki, 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib. Onun barəsində inzibati protokol tətib edilib və məhkəməyə göndərilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə Əziz Məmiyev 30 gün müddətində azadlıqdan məhrum edilib. 

Müsavat partiyası və digər yerli siyasi təşkilatlar Əziz Məmiyevin həbsini pisləyiblər və ona azadlıq tələb ediblər. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun