"Müdafiə xətti": Azərbaycanda insan hüquqlarının pozulması faktlarının üstü açılmır

"Müdafiə xətti": Azərbaycanda insan hüquqlarının pozulması faktlarının üstü açılmır
15 İyul 2022
Mətni dəyiş

İyulun 15-də "Müdafiə xətti" hüquq-müdafiə təşkilatı son həftələr insan hüquqlarının pozulması faktlarına dair növbəti hesabatı təqdim edib.

Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, icmal dövrü hakimiyyətin rejimin tənqidçilərinə qarşı təzyiqinin artması ilə səciyyələnib.

O, Sabirabad Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran Qarabağ müharibəsi veteranı Elvin Cəfərovun işini qeyd edib.

"Tərtər hadisələri" ilə bağlı ictimai araşdırma aparan ictimai fəal və bloqer Abid Qafarov ötən gün uydurma diffamasiya ittihamı ilə bir il azadlıqdan məhrum edilib.

Hakimiyyət Daxili İşlər Nazirliyi rəhbərliyini tənqid edən fəal Bəxtiyar Hacıyevin naməlum şəxslər tərəfindən oğurlanması faktını hələ də açmayıb.

Əvvəlki dövrün digər oxşar cinayətləri ilə bağlı vəziyyət də belədir. // Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun