Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərinin atəşə tutulduğunu deyir

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərinin atəşə tutulduğunu deyir
30 İyul 2022
Mətni dəyiş

Azərbaycan-Ermənistan arasında atəşkəs yenidən pozulub. 

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Məlumatda qeyd olunub ki, İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun