Mədəniyyət Nazirliyində oğurluq faktları araşdırılır

Mədəniyyət Nazirliyində oğurluq faktları araşdırılır
18 İyul 2022
Mətni dəyiş

Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Araşdırmalar nəticəsində Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanıb.

Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.

Dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib.

Bu cinayət işləri çərçivəsində konkret olaraq nəyin araşdırıldığı və kimlərin məsuliyyətə cəlb edildiyi açıqlanmır. Xatırladaq ki, 2021-ci ilin yanvarında korrupsiya ilə bağlı qalmaqallardan və nazir müavini də daxil olmaqla, bir neçə yüksək vəzifəli məmur həbs edildikdən sonra Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişdirilib. // Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun