Əlizamin Salayev Salyan polis şöbəsində aclığa başlayıb

Əlizamin Salayev Salyan polis şöbəsində aclığa başlayıb
15 İyul 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri, inzibati qaydada həbs edilmiş Əlizamin Salayev saxlanıldığı gündən – iyulun 7-dən etibarən aclıq edir.

Bu barədə o, bu gün öz vəkili Nemət Kərimliyə bildirib.

Salayev əsassız olaraq 30 gün müddətinə həbs edilməsinə və oğlunun avtomobilindən zinət əşyalarının itməsinə etiraz edir. O, həmçinin iyulun 14-dən etibarən quru aclığa başladığını bildirib.

DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Salayev iyulun 7-də Salyan şəhərində parkda yol polisinin onun oğlunun avtomobilini müsadirə etməsinə və onun maşınından zinət əşyalarının itməsinə etiraz əlaməti olaraq aksiya keçirərkən saxlanılıb.

Ə.Salayevin oğlu Oqtay Salayev zərgər işlədiyini və avtomobilində müştərinin zinət əşyaları olduğunu bildirib.

İyulun 13-də Şirvan Apellyasiya Məhkəməsi Ə.Salayevin həbsindən verdiyi şikayəti təmin etməyib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun