İran prezidenti İbrahim Rəisi qadınlar üçün “hicab” və iffətlə bağlı qanunun icrasına göstəriş verib. Beləliklə qadınların necə geyinə biləcəyinə dair yeni məhdudiyyətlər siyahısı tərtib edilib.
Hökumətin “uyğun olmayan hicab geyinməyə” qarşı mübarizə tədbirləri çərçivəsində, İranda 1400-dən çox filialı olan “Mellat Bank”ı qadın işçilərinin hündürdaban ayaqqabı və corab geyinməsini qadağan edən göstəriş verib. Yeni göstərişlə həmçinin kişi menecerlərin qadınları administrativ köməkçi kimi işə götürməsi qadağan edilir.
5 iyul direktivi ilə qadınlar saçlarını, boyunlarını və çiyinlərini örtməli olan hicab taxmağa məcbur edilirlər.
Məşhəd şəhər prokurorluğu da məktub dərc edərək, merdən “uyğun olmayan hicab” geyinən qadınların metrodan istifadəsini qadağan etməyi xahiş edib. Mer bildirib ki, direktivin "hər hansı hüquqi əsası olmamasına" baxmayaraq, onun həyata keçirilməsi üçün məhkəmə qərarı verilməlidir.
Hökumətin artan təzyiqlərinə cavab olaraq bir neçə sosial media fəalı iyulun 12-də qadınları İran şəhərlərində hicabsız küçələrə çıxmağa çağıran kampaniyaya başlayıb.
1979-cu il İslam İnqilabından sonra İranda doqquz yaşdan yuxarı qadın və qızların ictimai yerlərdə hicab taxması məcburi olub.
Bir çox iranlı qadın illər ərzində bu qaydanı pozub və rəsmilərin “məqbul geyim” adlandırdığı sərhədləri aşıb.