İran Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir

İran Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlir
13 İyul 2022
Mətni dəyiş

İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.

Bunu Iranın Tasnim agentliyi  bildirib.

Məlumata görə, Əli Şamxaninin prezident İlham Əliyev və Təhlükəsizlik Şurasının sədri Ramil Usubovla görüşləri planlaşdırılır.

Gözlənildiyi kimi, ikitərəfli münasibətlər, o cümlədən regional və beynəlxalq proseslər müzakirə olunacaq.

Əli Şamxani ötən həftə İrəvana səfər edib və deyib ki, İran “regionda geosiyasi dəyişikliklərə aparan istənilən hərəkəti” rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun