İlham Əliyev: "Azərbaycan quru sərhədlərini açmağı planlaşdırmır"

İlham Əliyev: "Azərbaycan quru sərhədlərini açmağı planlaşdırmır"
16 İyul 2022
Mətni dəyiş

Azərbaycan yaxın gələcəkdə quru sərhədlərini açmağı planlaşdırmır. Bunu cümə günü dövlət başçısı İlham Əliyev 2022-ci ilin birinci yarısının yekunlarına dair müşavirədə deyib.

O, bunu koronavirus infeksiyası ilə bağlı çətin vəziyyət və ÜST tövsiyələri ilə izah edib.

“İnsanların xəstələnməməsi üçün quru sərhədlərimiz bağlanmalıdır, çünki bu xəstəlik daha çox quru sərhədlərindən keçir. Ona görə də biz sərhədləri bağlı saxlayırıq. Nə qədər lazımdırsa, saxlayacağıq”, - deyə Əliyev bildirib.

Azərbaycan 2020-ci ilin martında Covid-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəlişə bağlayıb.   

Daha sonra müxtəlif ölkələrlə hava yolları vasitəsilə gediş-gəliş mərhələli şəkildə bərpa olunsa da, hökumət Türkiyə ilə Azərbaycan arasındakı Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi istisna olmaqla, digər qonşu ölkələrlə - İran, Rusiya və Gürcüstanla quru sərhədləri bağlı saxlayıb.

Bu ilin iyulun 1-də Nazirlər Kabineti tərəfindən qəbul edilmiş yeni qərara əsasən isə Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb. Səbəb kimi pandemiya göstərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun