Hüquq-müdafiə təşkilatları fəallara qarşı repressiyaları pisləyiblər

Hüquq-müdafiə təşkilatları fəallara qarşı repressiyaları pisləyiblər
15 İyul 2022
Mətni dəyiş

İki hüquq-müdafiə təşkilatı sifarişli həbslərə son qoyulması, siyasi məhbusların azad edilməsi tələbilə bəyanatla çıxış edib.

İnsan Hüquqları və Qanunların Təbliği,  İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi hüquq-müdafiə təşkilatları ictimai fəal, "KİM TV" kanalının aparıcısı Abid Qafarovun “qanunsuz və sifarişli həbsini” pisləyiblər.

Onlar birgə bəyanatda Qafarovun "Tərtər işi"nin fiqurantlarına işgəncə faktlarının açıqlanmasına görə təqib edilməsinin siyasi motivlərini göstəriblər.

Hüquq-müdafiə strukturları hakimiyyəti vətəndaşların söz azadlığı və siyasi fəallıq hüquqlarına hörmət etməyə çağırıb.

"Bakı Birliyi" ictimai təşkilatının rəhbəri və bloqer Abid Qafarov iyulun 13-də bir qrup Qarabağ müharibəsi veteranının şikayəti üzrə bir il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilib.

İddiaçılar Qafarovun veteranlara "itaətkar" olmamaq və "özbaşınalığa müqavimət göstərmək" çağırışını təhqir hesab ediblər.

Hüquq müdafiəçiləri hesab edirlər ki, Qafarovun həbsi "Tərtər işi"ndəki pozuntuların tənqidçilərinə qarşı "həbslər və cəzalar kampaniyasının davamı", əsasən  təqsirləndirilən və şübhəli şəxslərə qarşı işgəncələrin davamıdır. // Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun