Həbs olunan müsavatçı fiziki zorakılğa məruz qaldığını bildirib

Həbs olunan müsavatçı fiziki zorakılğa məruz qaldığını bildirib
22 İyul 2022
Mətni dəyiş

Müsavat partiyasının iyulun 20-də 30 gün müddətinə həbs olunan fəalı Əziz Məmiyev saxlanılarkən fiziki zorakılğa məruz qaldığını bildirib. 

Bu barədə onun vəkili Osman Kazımov məlumat verib. Vəkil bildirib ki, o saxlanılma məntəqəsində Məmiyevlə görüşə bilib. 

Vəkil Osman Kazımov cümə günü Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında iyulun 20-də 30 gün müddətinə həbs edilmiş Müsavat Partiyasının fəalı Əziz Məmiyevlə görüşüb. 

Fəal saxlanıldığı vaxt və polis bölməsinə gətirilərkən fiziki təzyiqlə üzləşdiyini bildirib: "Sağ tərəfində, bud nayihəsində xəsarət izi var. Maşından düşürülərkən döyüldüyünü, bölmə rəisinin müdaxiləsindən sonra ondan əl çəkdiklərini bildirir. Səhhəti normaldır, saxlanma şəraitindən şikayəti yoxdur", deyə vəkil bildirib.

Osman Kazımiv məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini qeyd edib.

DİN-in mətbuat xidməti Məmiyevə polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməsi haqqında iddiaları təkzib edib. 

Məmiyev iyulun 20-də quru sərhədlərin açılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanılıb.  O, məhkəmənin qərarı ilə polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 gün müddətinə həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun