Gömrük xidmətinin rəis müavini intihar edib

Gömrük xidmətinin rəis müavini intihar edib
14 İyul 2022
Mətni dəyiş

Cənub Ərazi Baş Gömrük İdarəsinin mobil şöbəsinin rəis müavini Əli Cahangirli intihar edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Hadisə Astara rayonunun Rudakənar kəndində baş verib. 

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma başlayıb.

Faciəvi hadisə son həftələr Dövlət Gömrük Komitəsi sistemində aparılan həbslər fonunda baş verib.

Belə ki, iyunda - iyulun əvvəllərində "Azərterminalkompleks" birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Baş Gömrük İdarəsinin enerji resursları və dəniz nəqliyyatı üzrə rəis müavini Rəşad Babayev və yol vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov həbs edilib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun