Gənclər Fondu öz şöbə müdirinin şirkətini tenderdə qalib edib

Gənclər Fondu öz şöbə müdirinin şirkətini tenderdə qalib edib
16 İyul 2022
Mətni dəyiş

Azərbaycan Texniki Universiteti 07.07.2022-ci ildə "Mən-A" MMC ilə maliyyə dəyəri 54800 AZN (54 min 800 manat) olan satınalma müqaviləsi imzalayıb. 

Müqavilədə Azərbaycan Texniki Universitetində mövcud bina daxilində ayrılmış 920 kvm. sahədə “Kitabxana” və 1800 kvm. sahədə “İş və layihələr mərkəzi” layihələndirilməsi ilə bağlı xidmətlərin satınalınması nəzərdə tutulub. 

Dövlət Vergi Xidmətinin 13 iyul 2022-ci ilə olan rəsmi məlumatına görə, "Mən-A" MMC-nin dövlətə 2505.95 (2505 manat 95 qəpik) AZN vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə, vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 100 manat olan "Mən-A" MMC 27.01.2012-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi elə bu universitetdən 2013-cü ildə məzun olan 1991-ci il təvəllüdlü Balazadə Sahil Kamil oğludur. 

Balazadə Sahil Kamil oğlu Azərbaycan Respublikası Gənclər Fondunun informasiya texnologiyaları və ictimaiətlə əlaqələr şöbəsinin müdiridir. "Mən-A" MMC-nin rəsmi saytı olan “iam.az” saytının “Müştərilər” bölməsində qeyd olunub ki, Azərbaycan Respublikası Gənclər Fondu da şirkətin müştərilərindəndir. Yəni, Gənclər Fondu elan olunmuş tender üzrə bəzi işləri fondun informasiya texnologiyaları və ictimaiətlə əlaqələr şöbəsinin müdiri Sahil Balazadənin şirkətinə verib. 

Sahil Balazadə "İrəli" İctimai Birliyinin idarə heyətinin üzvü də olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun