DİN AXCP fəalının həbsdə aclıq etdiyini təkzib edir

DİN AXCP fəalının həbsdə aclıq etdiyini təkzib edir
19 İyul 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin Salayev Salyan rayon polis şöbəsində aclığı davam etdirir. Bu barədə Turan-a onun oğlu Oqtay Salayev bildirib. Onun sözlərinə görə, atasın polisə tabe olmamaq ittihamı ilə 30 günlük əsassız həbsinə etiraz edir. 

Amma DİN Salayevin aclıq etdiyini təkzib edir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov məsələni Turan-a şərh edərkən bildirib ki, Salayev iyul ayının 10-dan 14-dək qidalanmadan imtina edib, lakin bu tarixdən sonra aksiyanı dayandıraraq qidalanmağa başlayıb  və səhhətində heç bir problem yoxdur. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri, inzibati qaydada həbs edilmiş Əlizamin Salayev saxlanıldığı gündən – iyulun 7-dən etibarən aclıq edir.

Bu barədə o, bu gün öz vəkili Nemət Kərimliyə bildirib.

Salayev əsassız olaraq 30 gün müddətinə həbs edilməsinə və oğlunun avtomobilindən zinət əşyalarının itməsinə etiraz edir. O, həmçinin iyulun 14-dən etibarən quru aclığa başladığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun