Azərbaycan əsgərinin Laçında həlak olduğu deyilir

Azərbaycan əsgərinin Laçında həlak olduğu deyilir
6 İyul 2022
Mətni dəyiş

Yevlaxın Salahlı kənd sakini Rəvan Zeynalabdin oğlu Tağıyevin Laçında həlak olduğu deyilir.

Bu barədə Meydan TV-yə yerli kənd sakinləri məlumat verib.

“Səhər əmisinə zəng vurublar ki, qardaşın oğlu şəhid olub, gəlin cənazəni götürün. Tam necə olub, hələ bilmirik. Boğazından güllə ilə vurulub”, – deyə bildiriblər.

Hərbçinin qohumu Tağı Tağızadə də “Facebook” səhifəsində məlumatı paylaşıb.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Eyvazov bildirib ki, məsələ araşdırılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin adının çəkilməsinin istəməyən əməkdaşı da Rəvan Tağıyevin ölümünü təsdiqləsə də, səbəbləri barədə heç nə bilmədiyini deyib.

“Hazırda adamlar əsgərin dəfninə gedib. Ekspertizanın cavabı olmadan heç nə deyə bilmərəm”, – deyə o bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun