Avropa İttifaqı (Aİ) rəsmi saytında yeni sanksiyalara məruz qalan Rusiya hüquqi və fiziki şəxslərinin siyahısını dərc edib.
Siyahıya 57 rusiyalı və Rusiyadan olan strukturlar daxildir.
Sanskiyalara məruz qalanlar arasında Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov, Moskva meri Sergey Sobyanin, aktyorlar Vladimir Maşkov və Sergey Bezrukov, “Gecə canavarları” velosiped klubu və onun rəhbəri Aleksandr Zaldostanov (cərrah), Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev, prezident yanında uşaq hüquqları üzrə nümayəndə Mariya Lvova-Belova, Yunarmiya hərəkatı, Sberbank və digərləri var.
Daha əvvəl xəbər verildiyi kimi, Avropa Şurası Rusiya qızılı ilə əməliyyatlara qadağa qoyub və müdafiə sənayesində istifadə oluna bilən malların sanksiya siyahısını genişləndirib.
Bununla belə, Aİ dövlət şirkətlərinin dünya bazarına ərzaq və gübrə tədarükü, həmçinin neftin üçüncü ölkələrə daşınması ilə bağlı əməliyyatlarını sanksiyalar siyahısından çıxarıb. Bu, ərzaq və enerji təhlükəsizliyi ilə bağlıdır.
(Toplum Tv)