Astara Rayon İcra Hakimiyyəti bələdiyyənin festival keçirmək fikrini dəstəkləməyib

Astara Rayon İcra Hakimiyyəti bələdiyyənin festival keçirmək fikrini dəstəkləməyib
7 İyul 2022
Mətni dəyiş

Astara Rayon İcra hakimiyyəti etnik talışların yaşadığı Xamoşam kəndinin bələdiyyəsinin təşəbbüsü ilə folklor festivalının keçirilməsindən imtina edib.

Təşkilat komitəsindən Turan-a bildirilib ki, festivalın iyulun 16-da dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Bi dağı yamacında keçirilməsi planlaşdırılırdı. Festivalın proqramına etnoqrafik sərgi, əl işlərinin satışı, dərman bitkiləri, orqanik kənd təsərrüfatı məhsulları, yerli mətbəx nümunələri daxildir.  

Bununla yanaşı, folklor ansambllarının, rəqs qruplarının, klassik və estrada musiqisi ifaçılarının çıxışları, idman tədbirləri hazırlanıb.

Rayon İcra Hakimiyyəti buranın şəxsi ərazi olmasını, yol və mehmanxananın olmamasını əsas gətirərək festivalı keçirilməsindən imtina edib.

Lakin Azərbaycan Talışlarının İctimai Şurası hakimiyyətin dəlillərini "uydurma və qeyri-səmimi" adlandıraraq bunu milli azlıqlara qarşı ayrı-seçkilik kimi qiymətləndirib. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun