Almaniya Parlamentinin vitse-prezidenti azərbaycanlı fəallarla görüşüb

Almaniya Parlamentinin vitse-prezidenti azərbaycanlı fəallarla görüşüb
19 İyul 2022
Mətni dəyiş

İyulun 18-də Bakıda səfərdə olan Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb.

Görüşün qısa zaman kəsiyində baş tutduğunu Meydan TV-yə söyləyən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirib ki, iştirakçıların hər biri öz sahələri üzrə danışıblar:

“Qısa bir görüş oldu. Mən daha çox Avropa Birliyi və Azərbaycan münasibətlərinə toxundum”.

Anar Məmmədlinin sözlərinə görə, onlar insan hüquqlarına münasibətdə Avropa Birliyi tərəfindən inamın artırılmasının vacibliyini vurğulayıblar.

Görüş içtirakçılarından ictimai fəal Bəxtiyar Hacıyev “Facebook” səhifəsində yazıb ki, qonağa Avropa İttifaqı rəsmilərinin Azərbaycana səfəri zamanı yalnız rəsmi şəxslərlə görüşməsindən narazılığını ifadə edib:

“Almaniya Federal Parlamentinin vitse-prezidentinə fəallarla görüşməməkləri ilə bağlı iradımı çatdırdım. Konkret olaraq, bu gün ölkəmizdə səfərdə olan Ursula Fon der Leyenin belə addım atmasını misal göstərdim”.

Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart görüşdən sonra “Twitter” hesabında yazıb ki, Avropanın qazdan asılığını aradan qaldırmaq üçün göstərilən səyləri dəstəkləyir:

“Ancaq əməkdaşlıq etdiyimiz ölkələrdə demokratiya, insan hüquqları məsələlərini də diqqətdən qaçırmamalıyıq, buna önəm verməliyik”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun