Adil Qeybulla: "Yoluxma zəncirinin qırlması üçün karantin tədbirlərinə əməl etmək zərurəti yarana bilər"

Adil Qeybulla: "Yoluxma zəncirinin qırlması üçün karantin tədbirlərinə əməl etmək zərurəti yarana bilər"
21 İyul 2022
Mətni dəyiş

Azərbaycanda Covid-19 (koronavirus) epidemiyasına yoluxma hallarında yenidən artım var. İyulun 20-nə olan son rəqəmlərə görə, 277 yeni yoluxma faktı qeydə alınıb. Ümumilikdə ölkə ərazisində aktiv xəstələrin sayı 1282 nəfərə çatıb.

Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bu günlərdə mətbuata açıqlamasında bildirib ki, son artımlar Azərbaycan koronavirusun yeni dalğasının başlanğıcındadır. Nazirlik isə açıqlama yayaraq insanları qapalı və kütləvi yerlərdə maska taxmağa çağırıb.

Bəs görəsən, Azərbaycanda konovirusun yeni və ağır dağlası ola bilərmi?

AbzasMedia tibb üzrə professor Adil Qeybullanın fikrini öyrənib. Həkim deyib ki, yoluxma potensialının artımı təbiidir.

Onun sözlərinə görə, virus mutasiya etdikcə, onun uyğunlaşma xüsusiyyətlərindən biri yaşaması üçün yoluxuculuq qabiliyyətinin yüksək olmasıdır.

“Lakin yoluxma ilə yanaşı, virusun öldürücülük qabiliyyəti də xeyli aşağı düşüb. Belə olan halda virus yavaş-yavaş ya yoxa çıxır, ya da bizim gündəlik həyatımızda qalır. Hər halda onun arqonizmdə lövbər salıb qalması ehtimalı aşağıdır və bir gün ümumiyyətlə yoxa çıxacaq. Ancaq hələlik yoluxmalar artacaq, amma bu əvvəlki kimi təhlükəli olmayacaq”, - deyə Adil Qeybulla bildirib.

Həkim deyir ki, bütün bunlara baxmayaraq, yoluxma zəncirinin qırlması üçün karantin tədbirlərinə əməl etmək zərurəti yarana bilər.

Onun sözlərinə görə, bura maska taxmaq da daxildir.

“Kütləvi tədbirlərdə maskadan istifadə, məsafənin gözlənilməsi, kütləvi tədbirlərin azaldılması, say tərkibinin məhdudlaşdırılması kimi tədbirlərə əl atıla bilər”, - deyə tibb üzrə professor Adil Qeybulla bildirib.

Hələlik karantin tədbirlərinin yenidən genişləndirilə biləcəyi ilə bağlı rəsmi açıqlama yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun