'The Washington Post' qəzeti Rusiyanın Ukraynaya hücumu zamanı işğal etdiyi Çernobıl Atom Elektrik Stansiyasından reportaj yayımlayıb.
Nəşr bildirir ki, Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının laboratoriyalarından 135 milyon dollar dəyərində avadanlıq, avtomobil və təhlüksəzilik sistemləri qarət ediblər.
Məlumata görə, stansiyadan 689 kompüter, 344 avtomobil, 1500 radiasiya dozimetri, xüsusi proqram təminatı və demək olar bütün yanğınsöndürmə avadanlıqları oğurlanıb.
Rusiya işğalçı qüvvələrinin Çernobıl laboratoriyalarında və onun ətrafında oğurladıqları, partlatdıqları və ya güllələrlə deşik-deşik etdiklərinin siyahısı hələ də tərtib edilir.
Hücum zamanı 9 işçi öldürülüb, 5 nəfər isə oğurlanıbBir çoxlarının qorxduğu fəlakətin qarşısı alınsa da sıradan çıxmış Çernobıl AES-in rəsmiləri 9 həmkarlarının Rusiya hərbçilərin tərəfindən öldürüldüyünü, 5-nin isə qaçırıldığını bildirirlər.
Mərkəzi Analitik Laboratoriyasının direktoru, 58 yaşlı Mikola Bespaly, rus qraffitiləri ilə təhrif olunmuş mühazirə zalında əyləşərək, "Mən onların bəşəriyyətə zərər vurduğunu deyə bilmərəm, lakin Ukraynaya böyük iqtisadi ziyan vurdular" dedi.
Çernobıldakı nəhəng nüvə stansiyası artıq enerji istehsal etmir, lakin işğaldan əvvəl təxminən 6000 işçi hələ də üç onillikdən çox əvvəl fəlakətli ərimənin davamlı təsirlərini, habelə Ukrayna və Avropadakı digər zavodlardan istifadə edilmiş nüvə yanacağının emalına nəzarət edirdi.
"Ruslar AES-də uzun müddət qalmağı planlaşdırırdılar"Belarus sərhədindən bir neçə mil aralıda yerləşən Çernobıl Rusiya qoşunlarının işğal etdiyi ilk yerlərdən biri idi. Əhalinin girişinin məhdud ərazinin direktoru Yevqeni Kramarenko radiasiya səviyyəsinin yüksək olaraq qaldığı və işğalın ilk günündə bir rus generalının özünü yeni lider kimi təqdim etdiyini və Rusiyanın dövlət nüvə agentliyi olan Rosatomun əməkdaşlarını təqdim etdiyini bildirir.
Kramarenkonun deyir ki, onlar daimi olaraq AES-də qalmağı, uzun müddət nəzarəti əldə saxlamağı planlaşdırırdılar.
Nəşrin məlumatına görə, işğaldan əvvəlki günlərdə obyektin bir neçə yüz işçidən başqa hamısı təxliyə edilib. Stansiyadan qalan işçilər isə Rusiyanın nəzarəti altında yüzlərlə saat davam edən növbələrdə işləyib, stansiyanın təhlükəsizliyini və sistemlərini işlək vəziyyətdə saxlamağa çalışıb, çox vaxt da günlərlə dincəlməyiblər.
"Oğurlanan avadanlıqların bəziləri hələ də GPS vasitəsilə izlənə bilir"Kramarenko bildirib ki, bu vaxt stansiyanın avadanlıqları və məlumatları sistematik olaraq oğurlanıb və ya məhv edilib. İndi o, yenidən məsul olduğu üçün GPS izləyiciləri ilə təchiz edilmiş oğurlanmış avadanlıqları yoxlayır. Bəziləri hələ də lokasiya məlumatlarını ötürürlər.
“Biz görürük ki, onun bir hissəsi Belarusda sərhəd boyu ərazidə yerləşir. Bir hissəsi isə Belarusun Qomel, Minsk və başqa yerlərində hərəkət edirlər”.
Stansiyasının vəzifəli şəxsi ümumilikdə oğurlananların yenilənməsinin dəyərinin 135 milyon dollardan çox qiymətləndirildiyini deyir: "Proqram təminatı isə stansiya üçün xüsusi hazırlanmış və əvəzedilməz idi".
Bespali deyir ki, hazırda avadanlıqların işlək vəziyyətdə olub-olmamasını bilmirlər, çünki proqram təminatı yoxdur: "Ruslar da ondan istifadə edə bilməyəcəklər, çünki proqram unikaldır, xüsusi olaraq bizim cihazlar üçün hazırlanmışdı”.
[caption id="attachment_120264" align="aligncenter" width="916"] Leonid Bohdan, Çernobıl Mərkəzi Analitik Laboratoriyasının spektrometriya və radiokimya şöbəsinin müdiri. ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption] [caption id="attachment_120265" align="aligncenter" width="916"] Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasının ərazisindəki Mərkəzi Analitik Laboratoriya, burada bir aylıq işğal zamanı ruslar tərəfindən bahalı avadanlıqlar oğurlanıb və ya məhv edilib. ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption] [caption id="attachment_120266" align="aligncenter" width="916"] Çernobılda Rusiya qüvvələrinin qərargah kimi istifadə etdiyi inzibati binanın içi. ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption] [caption id="attachment_120260" align="aligncenter" width="916"] Çernobıl işçisi rusiyalı əsgərlərin xəndəklər qazdığı yerlərdə radiasiyanı ölçür. ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption] [caption id="attachment_120262" align="aligncenter" width="916"] Mykola Bespaly, Çernobıl Mərkəzi Analitik Laboratoriyasının direktoru. ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption] [caption id="attachment_120263" align="aligncenter" width="916"] Çernobıl 'İstisna Zonası'nda işləyən insanlar zavodun girişindəki keçid məntəqəsində gözləyirlər. ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption] [caption id="attachment_120259" align="aligncenter" width="916"] Çernobıl yaxınlığındakı tərk edilmiş Pripyat şəhəri. ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption] [caption id="attachment_120267" align="aligncenter" width="916"] Çernobıl yaxınlığında rusların işğalı zamanı dağıdılan körpü yenidən tikilir. ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption] [caption id="attachment_120261" align="aligncenter" width="916"] 1986-cı ildə dünyanın ən dəhşətli nüvə fəlakətinin baş verdiyi Çernobıl AES ('The Washington Post' üçün Kasia Strek/'Panos Pictures')[/caption]