17 İyun 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci il iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq ediləcəyini açıqlayıb. Bu barədə Ukrayna liderinin sosial şəbəkələrində deyilir.
Zelenski deyib ki, o, hökumətə “milli təhlükəsizliyə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində” Rusiya vətəndaşlarının Ukrayna ərazisinə giriş rejiminə yenidən baxılması məsələsini hazırlamağı təklif edib.
Prezidentin sözlərinə görə, Nazirlər Kabinetinin planlaşdırılan qərarına əsasən, Ukrayna iyulun əvvəlindən viza rejimi tətbiq edəcək. Öz növbəsində, Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak hökumətin artıq qərar qəbul etdiyini bildirib.
“Təhlükəsizlik bu gün prioritetdir. Rusiyanın başladığı genişmiqyaslı müharibə fonunda Rusiya vətəndaşlarının Ukrayna ərazisinə daxil olmasına nəzarət rejimini gücləndirmək lazımdır”, - Yermak bildirib.