20 İyun 2022
Mətni dəyiş
Ukrayna Ali Radası 259 deputat 8 nəfərə qarşı olmaqla İstanbul Konvensiyasının lehinə səs verib.
Məişət zorakılığı, qadına qarşı zorakılıqla mübarizəyə yönələn konvensiya Ukrayna tərəfindən 2011-ci ildə imzalanıb.
Bundan əvvəl Ukraynadakı mühafizəkar və dindar qruplar sənəddə istifadə edilən “gender” sözünə görə, onun ratifikasiyasına qarşı çıxırdılar.
Konvensiyanın ratifikasiyasını bəzi üzv dövlətlər Ukraynanın Aİ-yə namizəd üzv statusu alması üçün zəruri şərt kimi qiymətləndirirlər.