15 İyun 2022
Mətni dəyiş
Türkiyənin milli hava yolları şirkətinin adı ingilis dilində "Turkish Airlines" versiyasından türk dilində "Türkiyə Hava Yolları" olaraq dəyişdiriləcək. “Sözcü” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“[Ölkənin beynəlxalq adı] artıq Turkey yox, Türkiyədir. Bundan sonra təyyarəmizin gövdəsində "Turkish Airlines" əvəzinə "Türkiyə Hava Yolları" yazacağıq”, - deyə Ərdoğan bildirib.
Rebrendinq Türkiyənin beynəlxalq aləmdə adının "Turkey"-dən "Türkiyə"yə çevrilməsi ilə bağlıdır. İyunun əvvəlində BMT Türkiyənin rəsmi sənədlərdə ölkənin adının dəyişdirilməsi tələbini təsdiqləyib.
2021-ci ildə Rəcəb Tayyib Ərdoğan türk mədəniyyətini daha yaxşı təmsil etmək üçün Türkiyə sözündən daha çox istifadə etməyə çağırıb. O, digər məsələlərlə yanaşı, ölkədən ixrac edilən malların üzərində “Made in Turkey” əvəzinə “Made in Turkiye” yazılmasını tələb edib.