Tural Sadıqlının atası: "Oğlumu öldürmək üçün Avropaya killer göndəriblər"

Tural Sadıqlının atası: "Oğlumu öldürmək üçün Avropaya killer göndəriblər"
2 İyun 2022
Mətni dəyiş

Çərşənbə günü siyasi mühacir və bloger Tural Sadıqlının valideynləri Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar bildiriblər ki, Azərbaycan hakimiyyətini kəskin tənqid edən blogerin həyatı təhlükədədir.

Onun atası Əlövsət Sadıqlı bildirib ki, hakimiyyət Avropaya killer göndərib.

“Tural həqiqəti söyləyir. Adamı dinləmək lazımdır, öldürmək yox. Ona qarşı əsassız olaraq üç cinayət işi qaldırıblar, beynəlxalq axtarış elan ediblər, indi isə öldürməyə qərar veriblər. Mən buraya öz hiddətimi və etirazımı bildirmək üçün gəlmişəm", - blogerin atası deyib.

Hadisə yerinə gələn polislər valideynləri maşına oturdaraq Bakının Nərimanov rayonunda Prezident Administrasiyasının qəbul şöbəsinə aparıblar.

Tural Sadıqlı Azərbaycan hökumətinin ən qatı tənqidçilərindən biridir, bir neçə ildir ki, Almaniyada yaşayır və orada siyasi sığınacaq alıb.

Ötən il Fransanın Nantes şəhərində rəsmi Bakının digər tənqidçisi, bloger Məhəmməd Mirzəliyə qarşı sui-qəsd törədilib. Bu cinayətə görə üç nəfər Azərbaycan vətəndaşı mühakimə edilib. Fransa məhkəməsi onların adlarını açıqlamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun