1 İyun 2022
Mətni dəyiş
Gürcüstan paytaxtı Tiflis merinin müavini İlya Eloşvili evində ölü tapılıb.
Daxili İşlər Nazirliyi iyunun 1-də ölüm hadisəsi üzrə təhqiqata başladığını bildirib. Əlavə detal açıqlanmayıb.
47 yaşlı Eloşvili Tbilisinin meri, keçmiş enerji naziri Kaxa Kaladzenın müttəfiqi idi.
Eloşvili enerji nazirinin müavini postunda çalışıb, 2012-2017-ci illərdə enerji naziri, daha sonra Tbilisi merinin müavini olub.
Mərhum evli idi, iki övladı qalıb.