Taleh Bağırzadə aclığı dayandırıb

Taleh Bağırzadə aclığı dayandırıb
24 İyun 2022
Mətni dəyiş

“Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə güc qurumları əməkdaşlarının Allaha küfür etməsinə etiraz olaraq 20 gün öncə elan etdiyi aclıq aksiyasını cümə axşamı dayandırıb. O bu barədə iyunun 23-də telefonla yaxınlarına bildirib.

Bağırzadə öz tərəfdarlarını da aclığı dayandırmağa çağırıb. O deyib ki, digər aclıq edənlərin səhhətində problemlərlə bağlı  tanınmış şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq aksiyanı dayandırır.

Bununla belə, Bağırzadə qeyd edib ki, Allahı təhqir edənlər və hüquq-mühafizə orqanlarında vətəndaşlara işgəncə verənlər cəzalandırılana qədər dindarlar hər cümə günü dinc aksiyaları davam etdirəcəklər.

Xatırladaq ki, Taleh Bağırzadə dindarların dindirilməsi zamanı güc qurumları əməkdaşlarının Allaha küfür etməsinə etiraz olaraq iyunun 3-də aclığa başlamışdı. Həbsxanalarda ondan çox məhbus və azadlıqda olan bəzi adamlar aclığı dəstəkləyiblər. Daxili İşlər Nazirliyi polis əməkdaşlarının Allahı təhqir etməsi faktını təkzib edir və bu barədə deyilənləri yalan adlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun