Tale Bağırzadənin başlatdığı aclıq aksiyasına qoşulanların sayı artır

Tale Bağırzadənin başlatdığı aclıq aksiyasına qoşulanların sayı artır
8 İyun 2022
Mətni dəyiş

"Müsəlman Birliyi" Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadənin aclığını həbsdə olan daha bir dindar, "Gəncə işi" üzrə keçən Firudin Zeynalov dəstəkləyib. Bu barədə onun yaxınları məlumat veriblər.

İyunun 3-də Bağırzadənin başladığı aclıq aksiyasına bundan öncə onun silahdaşları Abbas Hüseyn və Cabbar Cabbarov, həmçinin jurnalist Polad Aslanov qoşulub.

Onlar polis idarəsində işgəncələrin tətbiqinə və polis əməkdaşlarının küfür etməsinə etiraz edirlər.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin binası yaxınlığında saxlanılan iki dindar mayın 23-də keçirdiyi mətbuat konfransında təhlükəsizlik orqanları əməkdaşlarının işgəncə verdiklərini və Allaha küfür etdiklərini bildiriblər.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri "bəzi sosial şəbəkə istifadəçilərinin guya polisin dinimizi təhqir etməsi barədə iddialarını" təkzib edib.

O həmin "böhtan" məlumatları polisin nüfuzdan salınmasına yönələn şayiələr adlandırıb və bunun əvvəllər də olduğunu deyib.

Zahidovun sözlərinə görə, Azərbaycan polisi bütün dinlərə, o cümlədən "mənsub olduğu müqəddəs dinə" hörmətlə yanaşır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun