30 İyun 2022
Mətni dəyiş
Yaxın günlərdə RF hökumət başçısının və Dövlət Dumasının spikerinin Azərbaycana səfəri baş tutacaq. Bu barədə Rusiya prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.
İki ölkə arasında ticarət dövriyyəsi daim artır, siyasi əlaqələr möhkəmlənir.
"Hökumət sədrinin və Dövlət Duması sədrinin səfərləri hazırlanır. Amma ən əsası bizim planlarımızın, daha dəqiq desək, 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının həyata keçirilməsidir.
Əlbəttə, regional təhlükəsizlik məsələləri, o cümlədən və ilk növbədə Qarabağ nizamlanması ilə bağlı məsələlər var. Biz bu barədə sizinlə danışmışıq və indi bu mövzuda bir daha danışmaq imkanımız olacaq", deyə Putin bildirib.
Öz növbəsində, İlham Əliyev görüşün iki ölkə arasında dostluq, yaxşı qonşuluq münasibətlərinin inkişafına şərait yaradacağından əminliyini ifadə edib.
"Bu gün regional məsələlər və regional münaqişələrin həlli haqqında danışmaq imkanımız olacaq".
"Əminik ki, Rusiya-Azəbaycan münasibətləri ölkələrimizin və xalqımızın rifahı naminə uğurla inkişaf edəcək", deyə o qeyd edib.