“RİA Novosti” Azərbaycanda bloklanmasına səbəb olan müsahibəni silib

“RİA Novosti” Azərbaycanda bloklanmasına səbəb olan müsahibəni silib
10 İyun 2022
Mətni dəyiş

Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyi Azərbaycanda bloklanmasına səbəb olan müsahibəni silib.  Artıq agentliyin saytında müsahibəni tapmaq mümkün deyil. Əvvəlki keçidə daxil olduqda isə məlumatın silindiyi qeyd olunur. Bir müddət əvvəl Qarabağ ərazisində yerləşən separatçı qurumun nümayəndələrindən biri Artak Beqlaryan Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyinə müsahibə verib. Azərbaycan tərəfi sözügedən müsahibədəki fikirlərin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik olduğunu bildirib. Bununla bağlı Azərbaycan XİN məlumat yayıb. Müsahibəni dərc edən “RİA Novosti” İnformasiya Agentliyinin saytı Azərbaycanda bloklanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun