Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: "RİA Novosti böhtan xarakterli məlumatlar yayıb"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi: "RİA Novosti böhtan xarakterli məlumatlar yayıb"
6 İyun 2022
Mətni dəyiş

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iyunun 4-də bəyanat yayaraq, RİA-Novosti agentliyinin saytının bloklanmasının səbəbi kimi Azərbaycana qarşı böhtan xarakterli materialların yayılmasını göstərib.

"RİA Novosti "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozub, internet-resursda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yayıb", deyə Nazirliyin məlumatında bildirilir. İyunun 3-ü axşam saatlarından Azərbaycanda RİA-Novosti agentliyinin saytına giriş bloklanıb. Həmin gün rəsmi açıqlama verilməsə də, məlum olub ki, sayt Qarabağ separatçılarının liderlərindən biri Artak Beqlaryanla müsahibə dərc edib. Daha sonra, Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bunu pisləyib və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun