Qarabağda erməni əsgər casusluqda ittiham olunaraq həbs edilib

Qarabağda erməni əsgər casusluqda ittiham olunaraq həbs edilib
13 İyun 2022
Mətni dəyiş

Qarabağda erməni əsgər casusluqda ittiham olunaraq həbs edilib.  

Ermənistan KİV-in məlumatına görə, adı açıqlanmayan hərbi qulluqçu 2021-ci ilin yanvarında sosial şəbəkədə xarici xüsusi xidmət orqanları tərəfindən erməni qızın adına açılmış akkauntla əlaqə yaradıb.

Yazışmalar zamanı hərbçi 150 dollar müqabilində hərbi xarakterli məlumatları ötürməyə razılaşıb. Daha sonra o, Qarabağdakı hərbi hissələrdən birinin yeri, döyüş mövqelərinin koordinatları, qoşun və texnikanın sayı barədə məlumatları ötürüb.

Xarici kəşfiyyatla əməkdaşlıq 2022-ci ilin mayına qədər davam edib. Bu müddətdə zirehli texnikanın, nəqliyyat vasitələrinin sayı, hərbçinin xidmət etdiyi hərbi hissənin binasının yeri, eləcə də erməni qüvvələrinin və Rusiya sülhməramlılarının digər hərbi hissələri haqqında məlumatlar ötürülüb. Bu müddətdə hərbçi 1500 dollara yaxın vəsait alıb.

Məlumatda hərbçinin məhz hansı kəşfiyyata casusluq edildiyi göstərilmir. Lakin onun Azərbaycana casusluq etdiyi ehtimal olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun