Polis serjantı Füzulidə minaya düşüb

Polis serjantı Füzulidə minaya düşüb
27 İyun 2022
Mətni dəyiş
Ötən gün Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində 1989-cu il təvəllüdlü polis serjantı İlham Salmanov piyada əleyhinə minaya düşüb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, hadisə polisin xidmətdə olmadığı vaxt baş verib. Zərərçəkən müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur, məlumatda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun