Nike Ukrayna işğalına görə Rusiyanı tamamilə tərk edir

Nike Ukrayna işğalına görə Rusiyanı tamamilə tərk edir
24 İyun 2022
Mətni dəyiş
ABŞ-ın idman geyimləri nəhəngi Nike ölkədəki fəaliyyətini dayandırdıqdan üç ay sonra Rusiya bazarını tamamilə tərk etdiyini bildirib.
Nike cümə axşamı verdiyi açıqlamada Moskvanın Ukraynaya davam edən işğalına görə Rusiya bazarını tərk etmək üçün digər böyük Qərb brendlərinə qoşulduğunu deyib.
"Nike Inc. Rusiya bazarını tərk etmək qərarına gəlib. Nike mağazaları bu yaxınlarda müvəqqəti olaraq bağlanıb və yenidən açılmayacaq" -deyə, bildirilib. Şirkət Rusiyadakı veb saytının və onun tətbiqinin də bağlanacağını deyib.
Keçən ay Nike ölkədə Nike məhsullarının ən böyük pərakəndə satışçısı olan Rusiyanın İnventive Retail Group (IRG) ilə françayzinq müqaviləsini uzatmayacağını bildirmişdi.
Martın əvvəlində Nike Rusiyada onlayn satışlarını dayandırıb və bir neçə gün sonra ölkədəki bütün mağazalarını, o cümlədən françayzinq müqavilələri əsasında fəaliyyət göstərən mağazalarını müvəqqəti bağlayıb.
Nike 28 ildir ki, Rusiya bazarında fəaliyyət göstərirdi. Fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan bəri müxtəlif sektorlardan onlarla iri beynəlxalq şirkət Rusiyanı tərk edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun