30 İyun 2022
Mətni dəyiş
NATO müttəfiqləri işğalçıya qarşı mübarizədə Ukraynaya ciddi hərbi və maliyyə yardımı göstərməyə davam edəcək. Bu barədə çərşənbə günü Pentaqonun Madrid sammitinin birinci iş gününün yekunlarına dair məlumatında deyilir.
NATO liderləri Ukrayna üçün təhlükəsiz rabitə, yanacaq, tibbi ləvazimatlar, zirehlər, minalarla mübarizə üçün avadanlıqlar, kimyəvi və bioloji təhdidlər və yüzlərlə portativ pilotsuz uçuş aparatlarından müdafiə sistemlərini əhatə edən hərtərəfli yardım paketi haqqında razılığa gəliblər.
“Uzun müddətdə biz Ukraynaya sovet silahlarından müasir NATO silahlarına keçməyə, qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa, müdafiə və təhlükəsizlik strukturlarını gücləndirməyə kömək edəcəyik”, - NATO-nun baş katibi Stoltenberq bildirib.
Öz növbəsində prezident Bayden Putinin alyansı parçalamaq istədiyini, lakin sonda onu gücləndirdiyini, İsveç və Finlandiyanın NATO-ya üzv olduğunu bildirib.
“Finlandiya və İsveçi alyansa dəvət etmək qərarı NATO-nun qapılarının açıq olduğunu nümayiş etdirir. Putin NATO-ya qapını bağlaya bilmədi və bu onu göstərir ki, biz hər bir xalqın öz yolunu seçmək hüququna hörmət edirik”, - Stoltenberq bildirib.
NATO ölkələri həmçinin Ukrayna silahlı qüvvələrinin modernləşdirilməsi üçün uzunmüddətli maliyyə və hərbi yardım paketinə razılaşıblar.
“Biz öz ölkəsinin qəhrəmancasına müdafiəsində Ukrayna hökuməti və xalqı ilə tam həmrəyik”, - liderlər bildiriblər.