Müsavat Partiyasının başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlı iyunun 2-4-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək Avropa üçün Liberallar və Demokratlar İttifaqının (ALDE) Konqresinə dəvət olunublar.
Konqres nümayəndələri postkovid dövrü, Ukraynada müharibə, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, Avropanın gələcəyi və digər görünməmiş çağırışlara liberal cavab formalaşdırmağa çalışacaqlar.
Konqres “İndi bizə güclü, vahid Avropa həmişəkindən daha çox lazımdır. Gəlin, ALDE partiya qurultayında liberal cavabı formalaşdıraq və birlikdə irəliləyək!” şüarı ilə keçiriləcək.
ALDE qrupu Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir. Qrup Avropa parlamentində 100 deputatla təmsil olunur. Qrupa 43 ölkədən siyasi partiyalar daxildir. Müsavat Partiyası 2007-ci ildən ALDE-nin üzvüdür.