Müdafiə Nazirliyi: İki hərbi qulluqçu xəstəlikdən vəfat edib

Müdafiə Nazirliyi: İki hərbi qulluqçu xəstəlikdən vəfat edib
13 İyun 2022
Mətni dəyiş

Azərbaycan Ordusunun hərbi qulluqçuları - tibb xidməti polkovnik leytenantı Quliyev Fikrət Tofiq oğlu və gizir Qəmbərov Ruzi Adil oğlu xəstəlikdən vəfat ediblər.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Polkovnik-leytenant F.Quliyev uzun müddət onkoloji xəstəlikdən, gizir R.Qəmbərov isə sol arxa beyin arteriyası hövzəsinin işemik insultu, serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə olunurdular. Həkimlərin səyinə baxmayaraq, hərbi qulluqçuların həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişən hərbi qulluqçuların yaxınlarına dərin hüznlə başsağlığı verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun